Britaniyanın Fransaya atdığı yarım tonluq aviabomba zərərsizləşdirilib
Digər ölkələr
- 04 iyul, 2021
- 17:18
Fransada cari ilin aprel ayında aşkar edilən II Dünya müharibəsinə aid partlamamış aviabomba zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Çəkisi 500 kq olan döyüş sursatı Fransanın şərqində, La Rikamarı kommunasında aparılan tikinti işləri zamanı tapılıb.
İstehkamçıların mərmini zərərsizləşdirə bilməsi üçün yaxın ərazi 130 polis tərəfindən mühasirəyə alıb və təqribən 1,8 min insan təxliyyə edilib.
Mütəxəssislərə görə, mərmi 1944-cü ilin martında, Normandiyada müttəfiqlərin böyük əməliyyatının başlamasından bir neçə ay əvvəl Böyük Britaniya hərbi hava qüvvələri tərəfindən atılıb.
Son xəbərlər
05:13
Rumıniyanın müdafiə naziri: "Dron divarı" ideyası utopiyadır
Digər ölkələr04:48
İqtisadi çətinliklər və yenidənqurma ABŞ-də rekord sayda işdən çıxarılmaya səbəb olur
Digər ölkələr04:36
Kerolayn Livitt: Trampın İrana yanaşması yalnız diplomatik olmaya bilər
Digər ölkələr04:22
ABŞ-nin maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalar Ukrayna üzrə danışıqlardan asılıdır
Digər ölkələr03:57
ÜST rəhbəri uşaqları qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinə çağırıb
Digər ölkələr03:47
Rusiyanın xərçəng əleyhinə vaksinləri serbiyalı xəstələr üçün əlçatan olacaq
Digər ölkələr03:19
İranın XİN başçısı ABŞ nümayəndələri ilə görüşdən əvvəl Omanda danışıqlar aparıb
Digər ölkələr02:57
İtaliyada XXV Qış Olimpiya Oyunlarına start veriləcək
Komanda02:21