"Ukrayna qalib gələnə qədər ona dəstək olacağıq".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Liz Tras BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Kiyev qələbə qazanana kimi Britaniya mübarizəsini davam etdirəcək. Baş nazir çıxışı zamanı bir daha söz verib ki, Ukraynaya lazım olan qədər dəstəyi və hərbi yardımı artırmağa davam edəcək.
"Rusiyaya qarşı olan beynəlxalq alyans güclüdür və kimsə Kremli təhdid etmir", - L.Tras əlavə edib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.