Bakı. 22 fevral. REPORT.AZ/ Mühafizəkar Partiyasından olan 100 deputat Böyük Britaniya Baş naziri Tereza Meyə "Brexit"in şərtlərinə dair saziş imzalanmayacağı təqdirdə onun rəhbərlik etdiyi hökumətə qarşı çıxmağa və onu "Brexit"i təxirə salmağa məcbur etməyə hazır olduqlarına dair xəbərdarlıq edib.
Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.
"The Telegraph" nəşrinin yazdığına görə, parlamentarilər "Brexit Delivery Group" ("Breksit"in həyata keçirilməsi qrupu) adı altında birləşiblər. Buraya həm ideoloji tərəfdaşlar, həm də Böyük Britaniyanın
Qeyd edək ki, Britaniya parlamenti hökumətin Böyük Britaniyanın Aİ-dən çıxmaq planını dəstəkləmir, Aİ isə "Brexit" şərtləri ilə bağlı əldə olunmuş razılığa dəyişiklik olunması fikrindən imtina edir. Brüsseldəki danışıqlardakı növbəti uğursuzluqdan sonra T.Mey Britaniya parlamentinə daha bir - qeyri-rəsmi hərəkət planı təklif edib. Amma İcmalar Palatası o planı da rədd edib.
Plana görə, Böyük Britaniya martın 29-da Aİ-dən çıxacaq.