Britaniyalı cinayətkar qruplaşma Çexiyada banklardan 54 milyon avro oğurlayıb

Britaniyalı cinayətkar qruplaşma Çexiyada banklardan 54 milyon avro oğurlayıb Bu barədə Çexiya televiziyası məlumat yayıb
Digər ölkələr
8 Mart , 2021 13:04
Britaniyalı cinayətkar qruplaşma Çexiyada banklardan 54 milyon avro oğurlayıb

Mərkəzi Böyük Britaniyada yerləşən mütəşəkkil cinayətkar qruplaşma fırıldaqçılıq yolu ilə Çexiyadakı iki bankdan və bir sığorta şirkətindən 1,4 milyard kron (təxminən 54 milyon avro) oğurlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiya televiziyası məlumat yayıb.

Dələduzlar polad tədarükü üzrə saxta müqavilələrlə bu vəsaitin “arxasına keçib”. Polisin məlumatına görə, azı 21 belə hadisə olub. Hər dəfəsində maliyyə təşkilatları dələduzlara onmilyonlarla kron (milyonlarla avro) məbləğində kredit verib.

Şübhəlilərdən dördü Çexiyadadır. Onlardan üçü Çexiya, dördüncüsü isə xarici dövlətin vətəndaşıdır. Onlara qarşı bank və sığorta əməliyyatlarında böyük fırıldaqçılıq əməli ittihamı irəli sürülüb. Onlar on il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Çexiya polisi beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın üstünü britaniyalı həmkarları ilə birlikdə açıb. Banklarla və sığorta şirkətlərində polad tədarükü üzrə saxta müqavilələrə veksellərlə bağlı böyük fırıldaqçılıq üzrə ilk faktlar 2013-cü ildə ortaya çıxıb. İstintaq 2017-ci ildən başladılıb.

Son xəbərlər

Orphus sistemi