Yuxarı
    Bağlamaq

    Britaniyada qasırğa 20 mindən çox insanı işıqsız qoyub

    Eleanor qasırğasının hələ bir müddət davam edəcəyi proqnozlaşdırılır

    Bakı. 3 yanvar. REPORT.AZ/ Böyük Britaniyada cərəyan edən "Eleanor" qasırğası nəticəsində yanvarın 3-nə keçən gecə 20 mindən çox ev təsərrüfatı elektrik enerjisindən məhrum olub.

    “Report” xəbər verir ki, hazırda elektrik enerjisi verilişi qismən bərpa olunub.

    Mərkəzi İngiltərəni elektrik enerjisi ilə təchiz edən "Western Power Distribution" şəbəkə şirkəti pis hava şəraiti səbəbindən yaranan problemi yerli vaxtla günorta saatlarına qədər aradan qaldırmağa çalışsa da, bu, mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

    Meteoroloqlar "Eleanor" qasırğasının Krallıq ərazisində hələ bir müddət davam edəcəyini proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi