Britaniyada pələng zoopark əməkdaşını parçalayıb - VİDEO

Britaniyada pələng zoopark əməkdaşını parçalayıb - VİDEO Hadisə qadın heyvanın qəfəsində olan zaman baş verib
Digər ölkələr
29 May , 2017 23:20
Britaniyada pələng zoopark əməkdaşını parçalayıb - VİDEO
Foto: independent.co.uk

Bakı. 29 may. REPORT.AZ/ Böyük Britaniyanın Kembricşir qraflığında yerləşən "Hamerton Zoo" heyvanat parkının qadın əməkdaşı pələngin ona hücum etməsi nəticəsində həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Bildirilir ki, zoopark ziyarətçiləri bazar ertəsi səhər "ciddi hadisə ilə əlaqədar" təxliyyə olunublar. Sonradan polis dəqiqləşdirib ki, hadisə qadın heyvanın qəfəsində olan zaman baş verib.

Son xəbərlər

Orphus sistemi