Britaniyada parlament seçkiləri keçirilir

Britaniyada parlament seçkiləri keçirilir 46,9 milyon seçici 650 deputatı seçəcək
Digər ölkələr
8 İyun , 2017 10:03
Britaniyada parlament seçkiləri keçirilir

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Britaniyada parlament seçkilər keçirilir.

“Report” BBC-yə istinadən xəbər verir ki, 46,9 milyon seçici 650 deputatı seçəcək.

İnformasiyaya əsasən, parlamentdə azı 326 yer tutan siyasi partiya Britaniya hökumətini formalaşdıracaq.

Məlumata görə, əsas mübarizə fəaliyyətdə olan baş nazir Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar Partiyası ilə müxalifətdə olan Cer Korbinin rəhbərlik etdiyi Leyboristlər Partiyası arasında olacaq.

Qeyd edək ki, bu, növbədənkənar parlament seçkisidir. Tereza Mey bu ilin aprelində seçkilərin keçirilməsini elan edib. Londonda törədilən terrorlardan sonra bu siyasi kampaniyanın təxirə salınması təklifləri olsa da, baş naziri seçkilərin təyin edilən tarixdə keçiriləcəyini bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi