Britaniyada "omikron" ştamından ölənlərin sayı artıb

Britaniyada "omikron" ştamından ölənlərin sayı artıb Böyük Britaniyada "omikron" ştamı ilə yoluxma nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
19 Dekabr , 2021 01:03
Britaniyada omikron ştamından ölənlərin sayı artıb

Böyük Britaniyada koronavurusun "omikron" ştamı ilə yoluxma nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, yeni ştamdan ölənlərin sayı yeddi nəfərə çatıb.

Bundan əlavə, son sutka ərzində ölkədə COVID-19-un bu variantına daha 10 059 yoluxma halı müəyyən edilib. Ümumi yoluxma sayı isə 24 968 nəfər təşkil edir.

Qeyd edək ki, yeni ştamdan ilk ölüm halı dekabrın 13-də qeydə alınıb.

Londonda "omikron" ştamının sürətlə yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi