Britaniyada koronavirus qurbanlarının sayı 39 mini ötdü

Britaniyada koronavirus qurbanlarının sayı 39 mini ötdü Britaniyada koronavirus qurbanlarının sayı son gündə daha 111 nəfər artıb.
Digər ölkələr
1 İyun , 2020 21:35
Britaniyada koronavirus qurbanlarının sayı 39 mini ötdü

Britaniyada koronavirus qurbanlarının sayı son gündə daha 111 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Mett Henkok keçirdiyi brifinqda bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 39 045 nəfərə çatıb.

Mett Henkok qeyd edib ki, son gündə koronavirusa daha 1 570 yoluxma qeydə alınıb. Beləliklə ölkədə COVID-19 xəstələrinin ümumi sayı 276 332 nəfərə çatıb.

Nazirin sözlərinə görə, hər iki göstərici karantin rejiminin elan edildiyi martın sonlarından ən aşağı rəqəmlərdir.

Qeyd edək ki, ötən gün Britaniyada koronavirusdan 119 nəfər ölüb. Ölkədə 1 936 nəfərə COVID-19 analizi müsbət olub. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu ötüb. Bunların 2,8 milyon nəfərdən çoxu sağalıb, 374 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi