Britaniyada COVID-19 qurbanlarının sayı 34,6 mini ötdü

Britaniyada COVID-19 qurbanlarının sayı 34,6 mini ötdü Böyük Britaniyada son bir gündə koronavirusdan 170 nəfər ölüb.
Digər ölkələr
17 May , 2020 23:56
Britaniyada COVID-19 qurbanlarının sayı 34,6 mini ötdü

Böyük Britaniyada son bir gündə koronavirusdan 170 nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Qeyd edilir ki, ölkədə ümumilikdə 34 636 insan pandemiyanın qurbanı olub.

Həmçinin bildirilir ki, bir gün ərzində COVID-19 yeni 3 142 yoluxma aşkarlanıb. Bununla da koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 243 303 təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi