Britaniyada COVID-19-dan ən aşağı ölüm qeydə alındı

Britaniyada COVID-19-dan ən aşağı ölüm qeydə alındı Britaniyada bir gün ərzində koronavirus qurbanlarının sayı 288 nəfər artıb.
Digər ölkələr
603
4 May , 2020 21:48
Britaniyada COVID-19-dan ən aşağı ölüm qeydə alındı

Britaniyada bir gün ərzində koronavirus qurbanlarının sayı 288 nəfər artıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin başçısı Mett Henkok bildirib.

O, qeyd edib ki, bu, martın sonundan ölkədə ən aşağı göstəricidir.

"Təəssüf ki, koronavirusdan 28 734 insan öldü, bir gün ərzində artım 288 nəfər təşkil edib. Bu, martın sonundan ən aşağı göstəricidir, amma istirahət günləri göstərici adətən aşağı olur, ona görə biz artım gözləyirik", - Henkok keçirdiyi brifinqdə deyib.

Son gün ərzində yeni yoluxma ilə bağlı aşkarlanmış halların sayı 3 985 artıb. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 190 584-ə çatıb. 

Son xəbərlər

Orphus sistemi