Yuxarı

​Britaniyada bu gün hökumət başçısı dəyişəcək

Dəmir ledi hakimiyyətdən gedəndən 26 il sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək

Bakı. 13 iyul. REPORT.AZ/İyulun 13-də Britaniyada hökumət başçısı dəyişəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, son 6 ildə hökumətə başçılıq edən Devid Kemeron istefaya gedəcək, onu Mühafizəkarlar Partiyasının yeni lideri Tereza Mey əvəzləyəcək.

İnformasiyaya görə, 59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. "Dəmir ledi" Marqarit Teteçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi