Britaniyada bitki yağı satışına məhdudiyyətlər qoyulub

Britaniyada bitki yağı satışına məhdudiyyətlər qoyulub Böyük Britaniyadakı supermarketlər bitki yağının satışını bir müştəriyə ən çoxu iki butulka olmaqla məhdudlaşdırıb.
Digər ölkələr
23 Aprel , 2022 15:24
Britaniyada bitki yağı satışına məhdudiyyətlər qoyulub

Böyük Britaniyadakı supermarketlər bitki yağının satışını bir müştəriyə ən çoxu iki butulka olmaqla məhdudlaşdırıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu cür qaydalar “Waitrose” və “Morrisons” pərakəndə satış şəbəkələrində tətbiq edilib. “Tesco” supermarketlərinə bir müştəriyə maksimum üç butulka yağ almağa icazə verilib. Bəzi mağazalar hətta zeytun və kolza yağının satışına da məhdudiyyətlər qoyub.

Bu addım Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda tədarük zəncirində yaranmış problemlər səbəbindən tətbiq edilib. İş ondadır ki, Böyük Britaniyaya günəbaxan yağının çox hissəsi Ukraynadan gətirilir. Hazırda satıcılar ona əvəzləyici axtarır.

“Bloomberg”in məlumatına görə, Britaniya Pərakəndə Satış Konsorsiumunun əməkdaşı Tom Holder bu addımın məhsulun hamı üçün əlçatanlığını təmin etmək üçün atıldığını və müvəqqəti xarakter daşıdığını bildirib.

Son xəbərlər

Orphus sistemi