Britaniyada bir gündə koronavirusdan 412 nəfər ölüb

Britaniyada bir gündə koronavirusdan 412 nəfər ölüb Böyük Britaniyada son sutkada koronavirusdan yüzlərlə insan ölüb.
Digər ölkələr
27 May , 2020 21:36
Britaniyada bir gündə koronavirusdan 412 nəfər ölüb

Böyük Britaniyada son sutkada koronavirusdan yüzlərlə insan ölüb.

Bu barədə "Report" ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, ötən gün ərzində 412 nəfər COVID-19-un qurbanı olub. 

Qeyd edilir ki, ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 460 nəfər təşkil edir.

Həmçinin bildirilir ki, bir gün ərzində COVID-19-a 2 013 yeni yoluxma aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 267 240 nəfərə çatıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,7 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 352 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi