Boris Conson hansı halda istefa verəcəyini açıqlayıb - YENİLƏNİB

Boris Conson hansı halda istefa verəcəyini açıqlayıb - YENİLƏNİB Böyük Britaniya hökumətində iki gündə altı nazir və bir nazir müavini istefa verib.
Digər ölkələr
6 İyul , 2022 16:00
Boris Conson hansı halda istefa verəcəyini açıqlayıb - YENİLƏNİB

“Mənim işim yola davam etməkdir”.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsindən istefa verməyəcəyini açıqlayarkən belə deyib.

Məlumata görə, xarici işlər nazirinin müşaviri Co Çörçill, təhsil naziri Nadhim Zahauvi də istefa verib.

Boris Conson bildirib ki, hökumət fəaliyyətini davam etdirə bilməyəcəi halda istefa verəcək.

15:19

Böyük Britaniya hökumətində iki gündə altı nazir və bir nazir müavini istefa verib.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, iyulun 5-də maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.

İyulun 6-da isə xəzinə naziri Con Glen, həbsxanalar və probasiya üzrə dövlət naziri Viktoriya Atkins, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da vəzifədən istefa verdiklərini bildiriblər.

İngilis versiyası Six UK ministers resign

Son xəbərlər

Orphus sistemi