Yuxarı

Britaniyada 15 yaşlı yeniyetməyə ömürlük həbs cəzası kəsilib

Yeniyetmə yalnız bir ittiham üzrə günahını boynuna alıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Avstraliyada veteranlar günündə keçirilən parad zamanı polis əməkdaşlarının başını kəsmək istəyən 15 yaşlı Britaniya vətəndaşı ömürlük həbs cəzasına məhkum olunub.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu gənc, hazırda terorçuluqda ittiham edilən ən gənc britaniyalıdır. Yeniyetmə yalnız bir ittiham üzrə günahını boynuna alıb.

Gənc olduğuna görə adı açıqlanmayan yeniyetmə cəzanın 5 ilini terrorçuluqda ittiham edilən şəxslərin həbsxanasında keçirməli olacaq.

Məlumata əsasən, müttəhim Avstraliyada əlaqə saxladığı və cihadçı olduğu deyilən başqa bir şəxsə başlarının kəsilməsi yolu ilə polisləri qətlə yetirməyi təklif edib.

Polisin müdaxiləsi olmasa, çox güman ki, gənc planlarını gerçəkləşdirə bilərdi, məhkəmədə bildirilib.

Birinci Dünya Müharibəsi vaxtı Türkiyənin qərbindəki Gelibolu yarımadasında hərbi kampaniya vaxtı həlak olmuş Avstraliya və Yeni Zelandiya vətəndaşlarının xatirəsinə həsr edilən veteranlar günü 25 apreldə qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi