Böyük Britaniya “Vaqner”i terror qruplaşması elan edə bilər

Böyük Britaniya “Vaqner”i terror qruplaşması elan edə bilər Böyük Britaniya yaxın həftələrdə Rusiyanın "Vaqner" hərbi təşkilatını terror qruplaşması elan edə bilər.
Digər ölkələr
23 Avqust , 2023 13:22
Böyük Britaniya “Vaqner”i terror qruplaşması elan edə bilər

Böyük Britaniya yaxın həftələrdə Rusiyanın "Vaqner" hərbi təşkilatını terror qruplaşması elan edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” xəbər verib.

Daxili işlər naziri Suella Braverman bəyan edib ki, hüquqi məsələlər başa çatdıqdan sonra qruplaşmanın rəhbəri Yevgeni Priqojinin hərbi şirkətini terror təşkilatı elan edilə bilər.

Qeyd edək ki, iyunun sonunda “Vaqner”in lideri Y.Priqojin Rusiyada qiyam qaldırmağa cəhd edib. O, açıq şəkildə Prezident Vladimir Putinə və uzun müddət tənqid etdiyi müdafiə naziri Sergey Şoyquya qarşı çıxıb.

Onun muzdluları Rostovu, Voroneji keçib, Lipetsk vilayətinə yaxınlaşıb. Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra muzdlularını geri çəkib.

"Vaqnerçi”lərin bir hissəsi daha sonra Belarusa köçürülüb.

Son xəbərlər

Orphus sistemi