Britaniya Ukraynaya yeni hərbi yardım elan edib
Digər ölkələr
- 13 iyun, 2023
- 18:05
Böyük Britaniya hökuməti hava hücumundan müdafiə sahəsində Ukraynaya yeni hərbi yardımın ötürüldüyünü açıqlayıb.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ekspedisiya Qüvvələrinin müdafiə nazirlərinin görüşündə bildirilib.
Britaniya Ukrayna üçün beynəlxalq fond vasitəsilə yaxın aylarda 92 milyon funt-sterlinq (115 milyon ABŞ dollarından çox) dəyərində silahların alınacağına aydınlıq gətirib.
Britaniya rəsmiləri qeyd edir ki, Ukraynanın alacağı silahlar cəbhə xəttində mühüm milli infrastrukturu, mülki insanları və şəxsi heyəti qorumaq imkanlarını artıracaq.
Qeyd edək ki, Birləşmiş Ekspedisiya Qüvvələrinə Böyük Britaniya, İslandiya, Norveç, İsveç, Danimarka, Finlandiya, Niderland, Litva, Latviya, Estoniya daxildir.
Son xəbərlər
04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02
Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Digər ölkələr03:37
İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
Region03:11
Ronaldu "Əl-Nəsr"lə mövsümdə ilk məğlubiyyətini alıb
Futbol02:41
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Region02:07
"Isar Aerospace" ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb
Digər ölkələr01:49
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
Digər ölkələr01:10
SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
Region01:06