Britaniya Ukrayna ordusuna “Challenger 2” tanklarını verəcəyini rəsmən təsdiqləyib

Britaniya Ukrayna ordusuna “Challenger 2” tanklarını verəcəyini rəsmən təsdiqləyib Britaniya hakimiyyəti Ukrayna silahlı qüvvələri üçün “Challenger 2” tanklarının tədarükünü rəsmən elan edib.
Digər ölkələr
15 Yanvar , 2023 05:04
Britaniya Ukrayna ordusuna “Challenger 2” tanklarını verəcəyini rəsmən təsdiqləyib

Britaniya hakimiyyəti Ukrayna silahlı qüvvələrinə “Challenger 2” tanklarının tədarükünü rəsmən elan edib.

“Report”un xəbərinə görə, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Qeyd edilir ki, Britaniyanın 14 tankı Ukraynaya çatdırılacaq. İlk mərhələdə dörd “Challenger 2” tankı, daha sonra isə daha on tank Şərqi Avropa ölkəsinə göndəriləcək.

“Challenger 2” Böyük Britaniyanın əsas döyüş tankıdır və Omanın silahlı qüvvələrində də xidmətdədir. Bu, ilk “Challenger” modelinin, 80-ci illərin tankının dərin modernləşdirilməsidir. O, 1993-cü ildən 2009-cu ilədək, İngiltərə Müdafiə Nazirliyi yeni zirehli maşınlar sifariş etməyi dayandırana qədər istehsalda olub.

Hökumət əlavə edib ki, Ukrayna həmçinin 30 ədəd AS90 özüyeriyən artilleriya qurğusu alacaq.

Bu tankları və özüyeriyən silahları idarə etmək üçün Ukrayna Silahlı Qüvvələrinin təliminə yaxın günlərdə başlanacaq.

Bundan əlavə, Böyük Britaniyanın Baş naziri Rişi Sunak müdafiə naziri Ben Uollesə Avropadakı müttəfiqlərin Ukraynaya dəstəyini koordinasiya etməyi tapşırıb. Bunun üçün Uolles tərəfdaşlarla görüşmək üçün Estoniya və Almaniyaya səfər edəcək, xarici işlər naziri Ceyms Kleverli isə ABŞ-a səfər edərək London və Vaşinqtonun Ukraynanın aparıcı tərəfdarları kimi öz mövqelərindən beynəlxalq hərəkətləri gücləndirmək üçün necə istifadə edə biləcəklərini müzakirə edəcək.

Xatırladaq ki, Sunak Ukraynaya tank tədarük etmək planlarını bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirmişdi.

Son xəbərlər

Orphus sistemi