Britaniya turistlərini Şarm əş-Şeyx şəhərindən çıxarmağı qərara alıb

Britaniya turistlərini Şarm əş-Şeyx şəhərindən çıxarmağı qərara alıb Britaniyalılara hər hansı bir zərurət olmadan Şarm əş-Şeyxə getməmək məsləhət görülüb
Digər ölkələr
5 Noyabr , 2015 15:35
Britaniya turistlərini Şarm əş-Şeyx şəhərindən çıxarmağı qərara alıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Böyük Britaniya noyabrın 6-dan turistlərini Misirin Şarm əş-Şeyx şəhərindən çıxarmağa başlayacaq. "Report" "Vesti.ru"ya istinadən xəbər verir ki, hazırda Britaniyadan adıçəkilən şəhərə və əks marşrutla bütün reyslər dayandırılıb. Üstəlik, britaniyalılara hər hansı bir zərurət olmadan Şarm əş-Şeyxə getməmək məsləhət görülüb.

"Şarm əş-Şeyxdə olan ingilis turistləri təhlükəsiz şəkildə evə gətirmək üçün aviaşirkətlərlə və Misir hökuməti ilə işləyirik. Ümid edirik ki, bu plan noyabrın 6-dan həyata keçiriləcək. Başqa sözlə, dünən və bu gün uçmalı olan insanlar sabahdan başlayaraq vətənə dönəcək", - Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.

Qeyd edək ki, Britaniya mətbuatı Rusiyanın "Airbus-321" təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalar nəticəsində əldə olunan məlumatlara əsasən, qəzanın böyük ehtimalla göyərtəyə keçirilən partlayıcı qurğu ilə bağlı olduğunu yazıb. Qəzadan dərhal sonra isə İŞİD terror qruplaşması məsuliyyəti üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi