Bakı. 25 dekabr. REPORT.AZ/ Britaniya elektron siqaretlərin televiziyada reklamını qadağan etdi.
"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, bu qərar televiziyada iki ay reklama icazə veriləndən sonra çıxarılıb.
Qərarın səbəblərindən biri bu 2 aydateleviziya tamaşaçıllarından gələn 187 şikayət olub. Şikayətçilər hesab edirlər ki, reklamlar yaşı 18-dən az olanları siqaret çəkməyə həvəsləndirir.
Britaniyada 2 milyon adam e-siqaret çəkir. Onlardan 700 min nəfəri əvvəllər tütünlü siqaret çəkənlər olub.