Britaniya siyasətçisi Londonda atışma zamanı xəsarət alıb

Britaniya siyasətçisi Londonda atışma zamanı xəsarət alıb Britaniyanın “Black Lives Matter” hərəkatının fəalı və “Taking the Initiative” (TTIP) Partiyasının siyasətçisi Saşa Conson Londonda atışma zamanı xəsarət alıb
Digər ölkələr
25 May , 2021 03:01
Britaniya siyasətçisi Londonda atışma zamanı xəsarət alıb
Saşa Conson

Britaniyanın “Black Lives Matter” hərəkatının fəalı və “Taking the Initiative” Partiyasının (TTIP) siyasətçisi Saşa Conson Londonda atışma zamanı xəsarət alıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, zərərçəkmiş xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.

Partiyadaşları hadisənin qəsdən törədilmiş hücum olduğunu hesab edirlər.

London polisi daha əvvəl şəhərin cənubunda əyləncə gecəsinin keçirildiyi evlərdən birinin yaxınlığında atışma haqqında bildirib. Asayiş keşikçiləri hadisə ilə bağlı araşdırma aparırlar, ancaq insidentə hələ məqsədyönlü hücum kimi baxılmır.

"Hazırda Saşa reanimasiyadadır, o, əməliyyat edilib və əməliyyatdan sonra bərpa olunur", - partiyanın feysbukdakı bəyanatında deyilir.

Partiyanın bəyanatına görə, Conson dəfələrlə təhdidlərə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi