Yuxarı

Britaniya şahzadələrinin toy tortunun bir dilimi 1375 dollara satılıb

Şahzadə Uilyam və Keyt Midltonun toyunun tort dilimi 2013-cü ildə hərracda 4 min ABŞ dollarına satılmışdı

Bakı. 25 dekabr. REPORT.AZ/ Uels şahzadəsi Diana və şahzadə Çarlzın 1981-ci ildə baş tutan toy mərasimdə kəsdikləri tortun bir parçası qablaşdırılaraq saxlanılmışdı.

"Report"un ABŞ-ın bizpacreview.com saytına istinadla xəbər verir ki, kral ailəsinə məxsus həmin tort dilimi 34 ildən sonra hərracda 1375 ABŞ dollarına satılıb. Qutunun üzərində gümüşü həriflərlə şahzadə Çarlzın və Diananın adlarının baş hərifləri “CD/ Bukinhem sarayı/29 iyul 1981” yazılıb.

Şahzadə Uilyam və Keyt Midltonun 2011-ci il aprelin 29-da olmuş toyunun tort dilimi isə 2013-cü ildə hərracda 4 min ABŞ dollarına satılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi