Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir Böyük Britaniya hökuməti anti-Rusiya sanksiyalarını genişləndirib.
Digər ölkələr
4 May , 2022 21:07
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Böyük Britaniya hökuməti anti-Rusiya sanksiyalarını genişləndirib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir.

Bu dəfə ayrı-ayrı iş adamları və jurnalistlər sanksiyalar siyahısına daxil edilib.

Jurnalist Nailə Əsgərzadə, hərbi müxbirlər Yevgeni Poddubnı, Aleksandr Kots, Dmitri Steşin, teleaparıcı Mixail Leontyev, Birinci Kanalın Direktorlar Şurasının sədri Maksim Oreşkinin ölkəyə girişinə qadağa qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər görülüb.

Bundan əlavə, “KamAZ”, “Otkrıtiye”nin rəhbəri Mixail Zadornov və "Sovkombank"ın idarə heyətinin sədri Dmitri Qusevə qarşı məhdudiyyətlər tətbiq edilib.

Yeni məhdudiyyətlərə əsasən, Rusiya şirkətlərinə Britaniya firmalarının PR, mühasibatlıq və idarəetmə konsaltinqi sahəsində xidmətlərindən istifadə qadağan olunacaq.

Ümumilikdə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Böyük Britaniya 1,6 mindən çox rusiyalı siyasətçi, iş adamı, məmur, jurnalist və müəssisələrə qarşı məhdudiyyətlər tətbiq edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, ümumi aktivləri 940 milyard funt sterlinq (1,2 trilyon dollardan çox) olan 20-yə yaxın Rusiya bankı, o cümlədən 100-dən çox iri biznesmen və onların qohumları sanksiyaya məruz qalıb.

Son xəbərlər

Orphus sistemi