Yuxarı

​Britaniya Rusiyanı sanksiyaları sərtləşdirəcəyi ilə təhdid edir

Kemeron: Separatçılar Mariupola hücum edəcəyi təqdirdə, Rusiyaya qarşı yeni qadağalar tətbiq olunacaq

Bakı. 24 fevral. REPORT.AZ/ "Əgər Donbass separatçıları Mariupola hücum edərlərsə və öz nəzarət dairələrini genişləndirərlərsə, Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bazar ertəsi Krallığın parlamentində çıxışı zamanı bildirib.

"Rusiya şübhə etməməlidir ki, separatçıların Mariupol və ya digər istiqamətlərdə öz ərazilərini istənilən genişləndirmək cəhdi yeni Avropa və Amerika sanksiyaları ilə üzləşəcək", - deyə o vurğulayıb.

Kemeronun sözlərinə görə, Böyük Britaniya Avropa İttifaqında anti-Rusiya sanksiyalarının uzadılmasına təkid edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi