Britaniya qırıcıları ölkənin hava məkanında Rusiya təyyarələrinin qarşısını alıb

Britaniya qırıcıları ölkənin hava məkanında Rusiya təyyarələrinin qarşısını alıb Hadisə Britaniyada 50 gəminin iştirakilə NATO manevrlərinin keçirildiyi həssas bir zamana təsadüf edib.
Digər ölkələr
15 Aprel , 2015 05:02
Britaniya qırıcıları ölkənin hava məkanında Rusiya təyyarələrinin qarşısını alıb

Bakı. 15 aprel. REPORT.AZ/ Britaniya Kral Hərbi Hava Qüvvələrinin qırıcıları Birləşmiş Krallığın hava məkanı yaxınlığında iki Rusiya təyyarəsini aşkar edib.

"Report" Azadlıq radiosuna istinadən verdiyi xəbərə əsasən, Britaniyanın Müdafiə Nazirliyi də xəbəri təsdiq edib.

Bu hadisə Britaniyada 50 gəminin iştirakilə NATO manevrlərinin keçirildiyi həssas bir zamana təsadüf edib.

Müdafiə Nazirliyi bildirir ki, Rusiya təyyarələrini nəzarətdə saxlamaq üçün havaya "Tayfun" qırıcıları qaldırılıb.

Bundan sonra Rusiya təyyarələri barşrutu dəyişərək geri qayıdıb.

Rusiya təyyarələrinin “Ayı” kimi tanınan bombardmançı olduqları güman edilir.

Rusiya Müdafiə Nazirliyi bu hadisədə qeyri-adi heç nəyin olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi