Yuxarı
    Bağlamaq

    Britaniya polisi: "Terrorçu-kamikadze Mançesterdəki terror aktına təkbaşına hazırlaşıb"

    Hücumdan sonra həbs olunan üç nəfər sərbəst buraxılıb

    Bakı. 31 may. REPORT.AZ/ Mançesterdə stadionda terror aktı törətmiş terrorçu-kamikadze Salman Abedi bombanın hazırlanması üçün lazım olan komponentlərin əksəriyyətini təkbaşına alıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya polisindən bildiriblər.

    Terrorla mübarizə bölməsinin nümayəndəsi Russ Ceksonun sözlərinə görə, hazırlığın əsas hissəsini S.Abedi hücumdan əvvəlki 4 gün ərzində təkbaşına edib.

    Hücumdan sonra həbs olunan üç nəfər isə mayın 30-da sərbəst buraxılıb.

    Hazırda polis S.Abedinin mayın 18-də Liviyadan gəldikdən sonra mayın 22-də terror hücumunu həyata keçirənə qədər atdığı addımları müəyyənləşdirməyə çalışır. Polis müşahidə kameralarından əldə etdiyi görüntüləri, eləcə də onun digər şəxslərlə təmaslarını, telefon zənglərini incələyir.

    Polisi daha çox S.Abedinin nə üçün şəhərin eyni bölgəsinə (Uimslou Road) qayıtdığı maraqlandırır, eyni zamanda, onlar terrorçunun özü ilə daşıdığı göy çamadanı tapmaq istəyirlər.

    Xatırladaq ki, S.Abedinin mayın 22-də "Mançester Arena"da törətdiyi terror hücumu zamanı 22 nəfər həlak olub, onlarla insan yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi