Britaniya parlamentinin İcmalar Palatasının sədri etimadsızlıq səsverməsi ilə üzləşib

Britaniya parlamentinin İcmalar Palatasının sədri etimadsızlıq səsverməsi ilə üzləşib Böyük Britaniya parlamentinin İcmalar Palatasının sədri Lindsi Hoyl Qəzza zolağında atəşkəslə bağlı səsvermə zamanı yaranan qalmaqala görə vəzifəsini tərk edə bilər.
Digər ölkələr
22 Fevral , 2024 07:42
Britaniya parlamentinin İcmalar Palatasının sədri etimadsızlıq səsverməsi ilə üzləşib

Böyük Britaniya parlamentinin İcmalar Palatasının sədri Lindsi Hoyl Qəzza zolağında atəşkəslə bağlı səsvermə zamanı yaranan qalmaqala görə vəzifəsini tərk edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qeyd olunub ki, artıq Hakim Mühafizəkarlar Partiyası və Şotlandiya Milli Partiyasından (ŞMP) 33 deputat sədrə etimadı itirdiyini bəyan edib. Qalmaqal krallıq hökumətini Qəzza zolağında dərhal atəşkəs tələb etməyə çağıran müxalif ŞMP-nın təşəbbüsü ilə bağlı səsvermədən əvvəl yaranıb.

Həm Mühafizəkarlar, həm də müxalifətdəki Leyboristlər təklifin mətninə bəzi düzəlişlər təklif ediblər. Standart proseduru pozaraq, Hoyl hər iki düzəlişi səsverməyə qoyub, baxmayaraq ki, müxalifət partiyaları bir-birlərinin təşəbbüslərinə düzəliş etməli deyillər. Bu addım mühafizəkarları və Şotlandiya Milli Partiyasının üzvlərini qəzəbləndirib.

Hoylun hərəkətlərinə etiraz olaraq, bəzi nümayəndələr debatda iştirak etməkdən imtina ediblər və spiker yaratdığı vəziyyətə görə üzr istəməyə məcbur olub. O, mübahisəli qərarını Qəzza zolağında atəşkəs məsələsinə daha çox baxış bucağı təqdim etmək istəyi ilə izah edib.

Leyboristlər tərəfindən təklif edilən və dərhal humanitar barışıq təklif edən mətnin yekun variantı, nəhayət, mühafizəkarların və Şotlandiya Milli Partiyasının iştirakı olmadan və deputatların səsləri hesablanmadan təsdiqlənib. Deputatların hökumətə çağırışı onu İsrailə rəsmi təkliflər verməyə məcbur etmir.

Son xəbərlər

Orphus sistemi