Britaniya parlamenti işini bərpa edib, baş nazirin çıxışı gözlənilir

Britaniya parlamenti işini bərpa edib, baş nazirin çıxışı gözlənilir Böyük Britaniya Parlamenti sentyabrın 10-dan davam edən fasilənin ardından bu gün işini bərpa edib.
Digər ölkələr
25 Sentyabr , 2019 16:41
Britaniya parlamenti işini bərpa edib, baş nazirin çıxışı gözlənilir

Böyük Britaniya Parlamenti sentyabrın 10-dan davam edən fasilənin ardından bu gün işini bərpa edib.

"Report" TASS-a istinadən xəbər verir ki, tətildən qayıdan deputatlar qarşısında çıxış edən İngiltərə və Uelsin baş prokuroru Ceffri Koks hökumətin məğlubiyyətini qəbul etdiyini və həmçinin Ali Məhkəmənin qərarını tanıdığını söyləyib.

BMT Baş Assambleyasının işində iştirak etsə də, təcili olaraq Nyu-Yorkdan Londona qayıdan baş nazir Boris Consonun parlamentarilər önündə çıxış edəcəyi gözlənilir. O, Ali Məhkəmənin qərarı ilə bağlı fikirlərini bildirməlidir.

Xatırladaq ki, sentybarın 24-də Böyük Britaniyanın Ali Məhkəməsi baş nazir Boris Consonun təşəbbüskarı olduğu parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz elan edib.

Son xəbərlər

Orphus sistemi