Britaniya parlamenti Aİ ilə sazişi təsdiqlədi

Britaniya parlamenti Aİ ilə sazişi təsdiqlədi Böyük Britaniya parlamenti Avropa İttifaqı ilə sərbəst ticarət sazişini təsdiq edib.
Digər ölkələr
31 Dekabr , 2020 04:15
Britaniya parlamenti Aİ ilə sazişi təsdiqlədi

Böyük Britaniya parlamenti Avropa İttifaqı ilə sərbəst ticarət sazişini təsdiq edib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Bundan əvvəl sənəd İcmalar palatası və Lordlar palatası tərəfindən təsdiqlənib. Daha sonra İcmalar palatasına yenidən qaytarılaraq II oxunuşda qəbul edilib.

Sazişin qüvvəyə minməsi üçün Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet tərəfindən imzalanmalıdır.

Xatırladaq ki, “Brexit” sonrası dövrdə əməkdaşlığın şərtlərinə dair aylarla davam edən gərgin danışıqlardan sonra dekabrın 24-də tərəflər sərbəst ticarət və sair məsələlərə dair razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi