Britaniya mühafizəkarları hökuməti təkbaşına qurmaqdan məhrum olub

Britaniya mühafizəkarları hökuməti təkbaşına qurmaqdan məhrum olub 650 seçki dairəsindən 633-də səsvermə bülletenləri sayılıb
Digər ölkələr
9 İyun , 2017 09:30
Britaniya mühafizəkarları hökuməti təkbaşına qurmaqdan məhrum olub
Tass.ru

Bakı. 9 iyun. REPORT.AZ/ Böyük Britaniyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Mühafizəkarlar Partiyası qanunverici orqanda çoxluqdan məhrum olub.

“Report” TASS-a istinadən xəbər verir ki, fəaliyyətdə olan Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası son məlumata görə 308 yer qazanıb.

İnformasiyaya əsasən, 650 seçki dairəsindən 633-də səsvermə bülletenləri sayılıb. 

Qeyd edək ki, parlament 650 deputatdan formalaşır. Hökuməti təkbaşına qurmaq üçün azı 326 yer lazımdır. Ancaq son və exti-poll-un nəticələri Tereza Meyin partiyasının təkbaşına hökumət qura bilməyəcəyini deməyə əsas verir. 

Son xəbərlər

Orphus sistemi