Britaniya Maliyyə Nazirliyi Aİ-dən mümkün çıxışın vuracağı zərəri qiymətləndirib

Britaniya Maliyyə Nazirliyi Aİ-dən mümkün çıxışın vuracağı zərəri qiymətləndirib Hesabatda hadisələrin inkişafının üç mümkün ssenarisi göstərilib
Digər ölkələr
18 Aprel , 2016 10:04
Britaniya Maliyyə Nazirliyi Aİ-dən mümkün çıxışın vuracağı zərəri qiymətləndirib

Bakı. 18 aprel. REPORT.AZ/ Böyük Britaniya Maliyyə Nazirliyi ölkənin Avropa İttifaqından mümkün çıxışı halında 2030-cu ilə büdcə gəlirlərinin 6% azalacağını iddia edib. "Report" BBC-yə istinadən xəbər verir ki, hələlik rəsmi olaraq dərc edilməmiş 200 səhifəlik hesabatda belə proqnozun verilməsi Aİ-nin sıralarını tərk edəcəyi təqdirdə Böyük Britaniya ilə Kanadayla olduğu kimi ticarət sazişi bağlaması variantıyla bağlıdır.

Bu halda ÜDM-dəki azalma orta hesabla hər bir britaniyalı ailənin illik gəlirində 4,3 min funt sterlinq (təxminən 6 min dollar) azalmaya səbəb olacaq. Eyni zamanda, Aİ-dən ayrılacağı təqdirdə Kanada variantının tətbiqinin Britaniya üçün ən sərfəli olmayacağı, amma ən pis variant da olmayacağı qeyd edilir.

Hesabatda ölkənin Aİ-nin sıralarından ayrılacağı halda hadisələrin inkişafının üç mümkün ssenarisi göstərilib. Hesabat müəllifləri ticarət sazişinin imzalanmasından başqa, ölkənin Avropa İqtisadi Birliyindəki üzvlüyünün qorunması (Norveç variantı) və Ümumdünya Ticarət Təşkilatının ümumi prinsipləri üzrə Aİ ilə ticarət (Rusiya variantı) versiyasını da nəzərdən keçirib.

Müəlliflər ən uyğun variant kimi "Norveç variantı"nı göstərib, "Rusiya variantı"nın isə ən uğursuz olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi