Britaniya kraliçasının səhhətində problem yaranıb, övladları Şotlandiyada toplanıb

Britaniya kraliçasının səhhətində problem yaranıb, övladları Şotlandiyada toplanıb Bukingem sarayının həkimləri Böpyük Britaniyanın kralıçası II Elzabetin sağlamlıq durumundan narahatdırlar.
Digər ölkələr
8 Sentyabr , 2022 17:36
Britaniya kraliçasının səhhətində problem yaranıb, övladları Şotlandiyada toplanıb

Böyük Britanyanın kraliçası II Elzabetin bütün övladları Şotlandiyada Balmoral sarayındadır.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Uels şahzadəsi vəliəhd  Çarlz, şahzadə xanım Anna, şahzadə Endrü, York hersoqu, şahzadə Edvard, qraf Uesseks saraydadır. Kembricin hersoqu kraliçanın nəvəsi Uilyam da qəsrdədir. Kraliçanı ziyarət edənlər arasında heç də isti münasibətdə olmadığı nəvəsi, şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl da var. 

Eyni zamanda, qeyd olunub ki, Bukingem və Balmoral saraylarının ətrafına sakinlər toplaşıb.

16:23

Böyük Britaniyanın kralıçası II Elizabetin səhhətində problemlər yaranıb.

“Report” xəbər verir ki, məlumatı BBC yayıb.

Həkimlər sentyabrın 8-də səhər kraliçanı müayinə ediblər və ona tibbi müşahidə altında qalmağı məsləhət görüblər.

Məlumata görə, həkimlər 96 yaşlı kraliçanın səhhətindən narahat olduqlarını bildiriblər. Bununla belə, II Elizabetin özünü rahat hiss etdiyi qeyd olunub.

Eyni zamanda, Böyük Britaniyanın Baş naziri Liz Tras deyib ki, bu xəbər bütün ölkə üçün dərin narahatlıq yaradacaq.

Hökumət başçısı özünün və Böyük Britaniyada hər kəsin duasının Kraliça və ailəsinin yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, II Elizabet hazırda Şotlandiyada Balmoral sarayındadır. Oğlu şahzadə Çarlz da onun yanındadır. Kembric hersoqu şahzadə Uilyam da Balmora yola düşüb.

Son xəbərlər

Orphus sistemi