Britaniya Kraliçasının həyat yoldaşı vəfat edib

Britaniya Kraliçasının həyat yoldaşı vəfat edib Şahzad Filip dünyasını dəyişib
Digər ölkələr
9 Aprel , 2021 15:11
Britaniya Kraliçasının həyat yoldaşı vəfat edib

Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, Şahzadə Filip vəfat edib.

"Report" xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.

O, 100 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şahzadə Filip Mauntbetten 1921-ci il iyunun 10-da Yunanıstanın Kerkira şəhərində anadan olub. O, Yunanıstan kralı I Georqun nəvəsi, Böyük Britaniyanın kralıçası II Elizabetin həyat yoldaşıdır. Onun ailəsi 1922-ci ildə Yunanıstandan sürgün edilib. Onlar Fransanın paytaxtı Parisə yerləşiblər. 1928-ci ildə qohumları Filipi Londona yola salıblar. 1933-1935-ci illərdə o, Almaniyada, sonra Şotlandiyada məktəbə gedib. 1939-1940-cı illərdə isə Filip Dartmutda Böyük Britaniya Krallığının Hərbi-Dəniz Kollecində təhsil alıb. Təhsi aldığı müddətdə 4-cü nəsil əmisi qızları Elizabet və Marqaretlə tanış olub. 1947-ci il iyulun 10-da Filip Elizabet ilə nişanlanıb, noyabrın 20-də isə kəbinləri kəsilib.

Son xəbərlər

Orphus sistemi