Britaniya Kralı III Çarlz Ukrayna Prezidentinin həyat yoldaşı ilə görüşüb

Britaniya Kralı III Çarlz Ukrayna Prezidentinin həyat yoldaşı ilə görüşüb Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı, ölkənin birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.
Digər ölkələr
1 Dekabr , 2022 01:47
Britaniya Kralı III Çarlz Ukrayna Prezidentinin həyat yoldaşı ilə görüşüb

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı, ölkənin birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Yelena Zelenskaya rəsmi “Instagram” səhifəsində paylaşım edib.

“Mən Londondakı Katolik Katedralini ziyarət edən Əlahəzrət Kral III Çarlzla şəxsən görüşmək şərəfinə nail oldum. Əlahəzrət ilk dəfə deyil ki, Ukrayna xalqını dəstəkləməyə vaxt ayırır ”, - deyə o sosial şəbəkədəki hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi