Bakı. 25 dekabr. REPORT.AZ/ Böyük Britaniyada Kraliyyət Ailəsi Sandringham Malikanəsinin yaxınlığında kilsədə Milad Günü mərasimlərinə qatılıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbər görə, kraliça ll Yelizavetanın da iştirakı ilə ailə üzvləri Müqəddəs Mary Magdalene Kilsəsinə bu səhər Bentley avtomobilində gəliblər.
Yağışa baxmayaraq, yüzlərlə insan tədbirə gələn kraliçanı salamlamağa çıxıb.
Mərasimdən sonra o, Sandringham Malikanəsinə qayıtsa da, nəvəsi Şahzadə Harry vətəndaşlarla söhbət üçün ayaq saxlayıb.
Mərasim milli himn ilə başlayıb, sonra dini mahnılarla davam etdirilib. Kral Ailəsi daha sonra Kraliçanın Milad Günü nitqini izləyəcəklər.


