Britaniya kəşfiyyatının rəhbərinin oğlu yol qəzasında ölüb

Britaniya kəşfiyyatının rəhbərinin oğlu yol qəzasında ölüb Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleks Yanqerin oğlu Sem Yanqer Şotlandiyada avtomobil qəzasında ölüb.
Digər ölkələr
2 Aprel , 2019 16:01
Britaniya kəşfiyyatının rəhbərinin oğlu yol qəzasında ölüb
Police Scotland

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleks Yanqerin oğlu Sem Yanqer Şotlandiyada avtomobil qəzasında ölüb. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Edinburq Universitetinin 22 yaşlı tələbəsi Sem Yanqerin martın 30-da Sterlinqşirdə minik maşınının iştirakı ilə baş vermiş yol qəzasında öldüyünü təsdiq edirik", - Şotlandiya polisinin məlumatında deyilir.

Hazırda polis qəzanın səbəblərini araşdırır, amma heç bir şübhəli vəziyyət aşkar olunmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi