Britaniya kəşfiyyatı: "Rusiya rəsmilərinə istirahət xarakterli xarici səfərlər qadağan edilib"

Britaniya kəşfiyyatı: "Rusiya rəsmilərinə istirahət xarakterli xarici səfərlər qadağan edilib" "Rusiya rəsmilərinə istirahət xarakterli xarici səfərlər qadağan edilib".
Digər ölkələr
15 Mart , 2023 11:37
Britaniya kəşfiyyatı: Rusiya rəsmilərinə istirahət xarakterli xarici səfərlər qadağan edilib

"Rusiya rəsmilərinə istirahət xarakterli xarici səfərlər qadağan edilib".

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiyada məmurların xarici səyahət məhdudiyyətləri getdikcə sərtləşir: “2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra səyahət məhdudiyyətləri qüvvəyə minmişdi. İndi isə bu məhdudiyyətlər daha da sərtləşib”.

Məlumata görə, bu tədbirlər, çox güman ki, narazı məmurların xaricə çıxışının, qaçışının qarşısını almaq üçündür: “Dövlət işində çalışanlar üçün səyahət məhdudiyyətlərinin daha da sərtləşəcəyi gözləniləndir”.

Son xəbərlər

Orphus sistemi