​Britaniya əks-kəşfiyyatı rusdilli əməkdaşların qəbulunu elan edib

​Britaniya əks-kəşfiyyatı rusdilli əməkdaşların qəbulunu elan edib Namizədlər Britaniya vətəndaşları olmalıdırlar
Digər ölkələr
15 Fevral , 2015 18:54
​Britaniya əks-kəşfiyyatı rusdilli əməkdaşların qəbulunu elan edib

Bakı. 15 fevral. REPORT.AZ/ Britaniyanın MI5 Əks-kəşfiyyat Xidməti Moskva və London arasında münasibətlərin pisləşməsi səbəbindən rusdilli əməkdaşların işə qəbulunu elan edib.

"Report" xəbər verir ki, bu barədə xidmətin saytına istinadən Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.

Namizədlər Böyük Britaniya vətəndaşları olmalıdırlar. Nəşr yazır ki, əks-kəşfiyyat əməkdaşlarının vəzifələrinə telefon danışıqları qeydlərinin dinlənilməsi və ələ keçən sənədlərin oxunması, həmçinin Rusiya hakimiyyətini anlamağa yardım edən əngəllərin axtarışı daxil olacaq. Onlar öz işlərində "terrorçuluq", "casusluq" və "milli təhlükəsizlik üçün potensial təhlükələr"lə məşğul olacaqlar.

Çoxsaylı sınaqlar və müsahibələrlə müşahidə olunacaq işəgötürmə prosesi doqquz ayadək davam edə bilər. İşçilərin əmək haqqı 30 min funt sterlinq təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi