Britaniya BMT TŞ-nin Sudanda atəşkəsə çağıran qətnamə layihəsini hazırlayıb

Britaniya BMT TŞ-nin Sudanda atəşkəsə çağıran qətnamə layihəsini hazırlayıb Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının (TŞ) Sudanda müsəlmanların müqəddəs Ramazan ayından əvvəl atəşkəs elan edilməsinə dair qətnamə layihəsi hazırlayıb.
Digər ölkələr
7 Mart , 2024 23:29
Britaniya BMT TŞ-nin Sudanda atəşkəsə çağıran qətnamə layihəsini hazırlayıb

Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının (TŞ) Sudanda müsəlmanların müqəddəs Ramazan ayından əvvəl atəşkəs elan edilməsinə dair qətnamə layihəsi hazırlayıb.

“Report”un TASS-a istinadən xəbərinə görə, bu barədə Böyük Britaniyanın təşkilatdakı daimi nümayəndəsinin müavini Ceyms Kariuki jurnalistlərə açıqlamasında məlumat verib.

“Biz müqəddəs Ramazan ayına qədər dərhal atəşkəsə çağıran qətnamə təklif etmişik”, - o deyib.

O, eyni zamanda əlavə edib ki, sənəd Sudanda münaqişənin bütün tərəflərini sərhəddən humanitar yardımın maneəsiz axınını təmin etməyə çağıracaq.

Qeyd edək ki, fevralın sonunda BMT-nin Sudandakı Keçid Dövrünə Dəstək Missiyası (UNITAMS) Sudan hakimiyyətinin müvafiq qərarı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamədən sonra öz kontingentinin ölkədən çıxarılmasını başa çatdırıb. Hazırda UNITAMS-in ləğvi prosesi davam edir.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində, Suveren Şuranın sədri olan ordu komandiri Əbdülfəttah əl-Burhan ilə xüsusi təyinatlı qüvvələrin rəhbəri Məhəmməd Hamdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. Onların arasında əsas fikir ayrılıqları vahid silahlı qüvvələrin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də ordunun baş komandanının kimin olması ilə bağlıdır: əl-Burhan peşəkar hərbçi olmasını istəyirsə, Daqalo seçilmiş mülki prezident olmasında təkid edir. Aprelin 15-də Merovdakı hərbi bazanın yaxınlığında və paytaxtda iki struktur arasında toqquşmalar başlayıb. BMT-nin məlumatına görə, Sudanda münaqişə nəticəsində 10 mindən çox insan ölüb.

Son xəbərlər

Orphus sistemi