Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edir

Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edir Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar elan edib.
Digər ölkələr
4 İyul , 2022 19:43
Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edir

Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar elan edib.

"Report" xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Onlar iyulun 5-dən qüvvəyə minəcək. Sanksiyaların Minskin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməsinə cavab olaraq tətbiq edildiyi vurğulanır.

Qadağa Belarus və Böyük Britaniya arasında təxminən 60 milyon funt-sterlinq (təxminən 73 milyon ABŞ dolları) məbləğində idxal və ixracı əməliyyatlarını dayandəracaq.

Belarusa neft məhsulları, dəbdəbəli mallar, qabaqcıl texnologiyalar üçün komponentlərin satışına da sanksiyalar tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi