“Brexit”lə bağlı keçid dövrü uzadılmayacaq

“Brexit”lə bağlı keçid dövrü uzadılmayacaq Böyük Britaniya hökuməti Avropa İttifaqı üzvlüyündən çıxmaları ilə bağlı cari ilin 31 dekabr tarixində başa çatacaq keçid dövrünün uzadılmayacağını bu təşkilata rəsmən bildirib.
Digər ölkələr
12 İyun , 2020 17:07
“Brexit”lə bağlı keçid dövrü uzadılmayacaq

Böyük Britaniya hökuməti Avropa İttifaqı üzvlüyündən çıxmaları ilə bağlı cari ilin 31 dekabr tarixində başa çatacaq keçid dövrünün uzadılmayacağını bu təşkilata rəsmən bildirib.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.

Aİ rəsmisi keçid dövrünü uzatmaq təşəbbüslərinə açıq olduqlarını da diqqətə çatdırıb.

Xatırladaq ki, bu ilin 31 yanvar tarixində Aİ üzvlüyündən rəsmən çıxan Böyük Britaniya keçid dövrü ərzində təşkilatla gələcək əlaqələrinə dair razılığa gəlməyə çalışır.

Son xəbərlər

Orphus sistemi