Braziliyanın yeni seçilmiş prezidenti ABŞ və Aİ ilə münasibətlərin bərpasının zəruriliyindən danışıb

Braziliyanın yeni seçilmiş prezidenti ABŞ və Aİ ilə münasibətlərin bərpasının zəruriliyindən danışıb Braziliyanın yeni seçilmiş prezidenti Luis İnasiu Lula da Silva diplomatiyanın aktivləşdirilməsinin, həmçinin ABŞ və Avropa İttifaqı ilə münasibətlərin bərpasının zəruri olduğunu bildirib
Digər ölkələr
31 Oktyabr , 2022 05:50
Braziliyanın yeni seçilmiş prezidenti ABŞ və Aİ ilə münasibətlərin bərpasının zəruriliyindən danışıb

Braziliyanın yeni seçilmiş prezidenti Luis İnasiu Lula da Silva diplomatiyanın aktivləşdirilməsinin, həmçinin ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətlərin bərpasının zəruri olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçi oktyabrın 30-da axşam tərəfdarları qarşısında çıxış edərkən söyləyib.

“Müxtəlif dünya liderləri ilə ünsiyyətdə olanda eşitdim ki, onlar Braziliya üçün darıxıblar. Ən zəngin və ən güclü dövlətlərlə bərabərhüquqlu danışan o müstəqil Braziliya üçün. Eyni zamanda ən kasıb ölkələrin inkişafına kömək edən ölkə üçün. Bu gün biz dünyaya deyirik ki, Braziliya geri qayıdır. Braziliya bu kədərli beynəlxalq çıxdaş rolunu oynamayacaq qədər çox böyükdür”.

Lula da Silva gələcək xarici siyasətinin prioritetləri sırasında daha ədalətli ticarət sazişləri üzərində işi, ABŞ və Aİ ilə tərəfdaşlıq əlaqələrinin yenilənməsini, respublikanın yenidən sənayeləşməsini və beynəlxalq investorların cəlb edilməsini qeyd edib. Bundan əlavə, o, iqlim dəyişikliyi ilə mübarizə sahəsində, xüsusilə Amazon hövzəsinin ekvatorial yağış meşələri regionunun sosial-iqtisadi inkişafı sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Lula da Silva həmçinin beynəlxalq idarəetmə sistemində inkişaf etməkdə olan dövlətlərin daha böyük rolu uğrunda mübarizəyə hazır olduğunu bəyan edib:

“Biz bir daha BMT Təhlükəsizlik Şurasında daha çox ölkə ilə qlobal idarəçiliyin yenilənməsi və dövlətlər arasında [münasibətlərin] tarazlığa mane olan vetodan imtina etmək üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, oktyabrın 30-da Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib və bu turda vətəndaşlar ölkənin gələcək prezidentinə və 12 ştatın qubernatorlarına səs veriblər. Protokolların 99,99%-nin hesablanması göstərib ki, Fəhlə Partiyasının lideri Lulu da Silvanı seçicilərin 50,9 %-i, onun mühafizəkar rəqibi Jair Bolsonarunu isə 49,1 %-i dəstəkləyib. Aralarındakı fərq 2,1 milyon səs təşkil edib.

Son xəbərlər

Orphus sistemi