Braziliyada yüzdən çox məhbus həbsxanadan qaçıb

Braziliyada yüzdən çox məhbus həbsxanadan qaçıb Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Braziliyanın Paraiba ştatının Juan-Pessoa şəhərindəki həbsxanadan ən azı 105 məhbus qaçıb.
Digər ölkələr
10 Sentyabr , 2018 21:13
Braziliyada yüzdən çox məhbus həbsxanadan qaçıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Braziliyanın Paraiba ştatının Juan-Pessoa şəhərindəki həbsxanadan ən azı 105 məhbus qaçıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli hakimiyyət nümayəndələri bir qrup silahlının qaçışı təşkil etmək məqsədilə həbsxananın qapısını partlatdığını və gözətçilərə atəş açdığını bildiriblər.

Hadisə nəticəsində gözətçilərdən biri ağır yaralanıb. 

Hazırda cəzaçəkmə müəssisəsindən qaçmış 55 məhbus tutulub, digərlərinin axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi