Braziliyada məktəbli avtobusu aşıb: 3 ölü, 15 yaralı

Braziliyada məktəbli avtobusu aşıb: 3 ölü, 15 yaralı Hadisə ilə əlaqədar 3 günlük matəm elan olunub
Digər ölkələr
17 Dekabr , 2016 03:17
Braziliyada məktəbli avtobusu aşıb: 3 ölü, 15 yaralı

Bakı. 17 dekabr. REPORT.AZ/ Braziliyada yol qəzası baş verib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, argentinalı məktəbliləri daşıyan avtobusun Braziliyada aşması nəticəsində 3 nəfər – iki məktəbli və 1 bələdçi ölüb.

Məlumata görə, Misones vilayətinin Posadas şəhərindən Kamboriu şəhəri istiqamətində hərəkət edən 62 sərnişin tutumlu avtobusda hadisə zamanı 67 sərnişin olub.

Qəza zamanı ümumilikdə 15 nəfər xəsarət alıb. Onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub. O, ölüm faktına və ehtiyatsızlığa görə həbs edilib.

Hadisə ilə əlaqədar Misonesdə 3 günlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi