Braziliyada yeniyetmə iki məktəbdə 4 nəfəri güllələyib

Digər ölkələr
  • 28 noyabr, 2022
  • 10:25
Braziliyada yeniyetmə iki məktəbdə 4 nəfəri güllələyib

Braziliyanın Espirito Santo ştatının Arakruz rayonunda 16 yaşlı yeniyetmə atasının odlu silahı ilə iki məktəbdə 4 nəfəri güllələyib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Renato Kasaqrande tviter səhifəsində məlumat yayıb.

Daha 13 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

44 - Tezliklə