Braziliyada yarım ton narkotik daşıyan təyyarə saxlanılıb

Braziliyada yarım ton narkotik daşıyan təyyarə saxlanılıb Braziliya Hərbi Hava Qüvvələri göyərtəsində 500 kq kokain olan yüngül motorlu təyyarəni ələ keçirib.
Digər ölkələr
4 İyul , 2022 07:16
Braziliyada yarım ton narkotik daşıyan təyyarə saxlanılıb

Braziliya Hərbi Hava Qüvvələri göyərtəsində 500 kq kokain olan yüngül motorlu təyyarəni ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Belə ki, iki “A-29 Super Tucanos” təyyarəni təqib etmək üçün havaya qaldırılıb. Qeyd edildiyi kimi, yüngül mühərrikli təyyarənin pilotu əlaqə saxlamadıqdan və göstərilən aerodromda eniş tələbinə əməl etməkdən imtina etdikdən sonra hərbi pilotlar xəbərdarlıq atəşi açıblar.

Təyyarə San-Paulu ştatının kənd ərazisinə endikdən sonra hadisə yerinə gələn polis qrupu göyərtəsində 500 kq kokain olan yüngül motorlu təyyarəni aşkar ediblər. Təyyarədə olan iki qaçaqmalçı hadisə yerindən uzaqlaşa bilib.

Son xəbərlər

Orphus sistemi