Braziliyada yeni növ koronavirus infeksiyasına 67 477 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə “Report” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, son sutkada 1 498 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 10 939 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9,7 milyondan çoxu müalicə olunaraq sağalıb, 264 446 nəfər vəfat edib.