Braziliyada türmədə qiyam zamanı ən azı 30 nəfər ölüb

Braziliyada türmədə qiyam zamanı ən azı 30 nəfər ölüb Ölənlərdən 3-nün başı kəsilib
Digər ölkələr
15 Yanvar , 2017 23:45
Braziliyada türmədə qiyam zamanı ən azı 30 nəfər ölüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən gün Braziliyanın şimalında yerləşən Riu-Qrandi-du-Norti ştatının həbsxanasında baş verən qiyam zamanı ən azı 30 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters"in məlumatında bildirilir.

Bundan əvvəl 10 nəfərin öldüyü, onlardan üç nəfərinin başının kəsildiyi xəbər verilmişdi.

Agentlik qeyd edir ki, hadisə qurbanlarının sayı daha çox ola bilər. Məlumdur ki, həbsxana 620 nəfər üçün nəzərdə tutulsa da, orada 1200 nəfər dustaq saxlanılır.

Son xəbərlər

Orphus sistemi