Braziliyada turist avtobusu qəzaya düşüb, 5 nəfər ölüb

Digər ölkələr
  • 13 noyabr, 2021
  • 15:22
Braziliyada turist avtobusu qəzaya düşüb, 5 nəfər ölüb

Braziliyanın San-Paulu ştatında avtobus qəzaya düşüb.

“Report” xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Qeyd olunub ki, turistləri daşıyan avtobusun Osvald Krus - San-Luis şosesində aşması nəticəsində 5 nəfər ölüb, 34 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb. Qəzanın başvermə səbəbi araşdırılır.